150-yə yaxın təcili yardım briqadası iş başında olacaq

Bayram və istirahət günlərində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının həkimləri gücləndirilmiş iş rejimində işləyəcəklər.

Stansiyadan AzərTAC-a verilən məlumata görə, Dənizkənarı Milli Parkda keçiriləcək şənlik və bayram tədbirləri ilə əlaqədar "Azneft" meydanı, Kukla Teatrı, Qız qalası və Hökumət evinin qarşısında 4 həkim briqadası növbədə duracaq.

Bundan başqa, Suraxanı rayonu ərazisindəki "Atəşgah"da da həkimlər növbədə olacaqlar.

Bütün təcili yardım stansiyalarında lazımı dərman və tibbi yardım məmulatları var.

Ümumilikdə bayram günlərində paytaxtda 143 təcili yardım briqadası tam tərkibdə işləyəcək.

AzNews.az