20:46
(077) 610-22-33

İlham Əliyev pakistanlı həmkarını təbrik etdi

  • >
502 22 Mart 2014 17:30 | Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Pakistan günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Pakistanı ənənəvi dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Ümidvaram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin daim möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı yolunda bundan sonra da ardıcıl səylər göstərəcəyik".

İlham Əliyev Məmnun Hüseynə möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Pakistan xalqına sülh və firavanlıq arzulayıb.

AzNews.az
Bağla X