20:50
(077) 610-22-33

Elnur Aslanovun nəzarətindəki sayt bağlandı

  • >
3 847 22 Mart 2014 21:36 | Cəmiyyət

Artıq bir həftədir ki, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəsmi internet səhifəsi bağlanıb.

Aktual.az xəbər verir ki, bu barədə www.sam.az saytında məlumat verilib: "Texniki işlərlə bağlı saytın fəaliyyəti müvəqqəti dayandırılıb".

Xatırladaq ki, bir həftə əvvəl prezident İlham Әliyevin sərəncamı ilə Administrasiyanın şöbə müdiri Elnur Aslanov vəzifəsindən azad olunub. SAM ısə qeyri-rəsmi olaraq Elnur Aslanovun kurasiyasında idi. Mərkəzin rəhbəri Fərhad Məmmədov da Elnur Aslanovun kadrı hesab olunur. Aslanovun vəzifədən azad olunmasından sonra SAM-ın rəsmi internet səhifəsinin fəaliyyətini dondurması gözlənilən idi. Hətta mətbuatda Elnur Aslanova yaxın internet portallarında prezident sərəncamının işıqlandırılmaması xəbəri də getmişdi. SAM-a yaxın etibarlı mənbə Aktual.az-a bildirib ki, saytın faliyyətinin dayandırılması bu qurumdakı qeyri müəyyənliklə bağlıdır.

Məsələ ilə bağlı SAM-dan mövqe öyrənmək mümkün olmayıb.
Bağla X