23:10
(077) 610-22-33

“Ədəbiyyat susursa, cəmiyyət bədbəxtdir...”

  • >
2 760 24 Mart 2014 16:59 | Cəmiyyət

Hər hansı bir müğənninin səhnədən gedişi qlobal tragediyaya çevrilir, cəmiyyətə dözülməz faciə kimi təqdim olunur və ən acınacaqlısı da odur ki, insanlar bunu elə faciə kimi qəbul edirlər. "Qanun" nəşriyyatının fəaliyyətinin təhlükə altında olması isə gənclərin diqqətini gərəkli olduğu
qədər cəlb etmir.

Bizim dövrdə yalnız öz maddi durumunu güdməyən, eyni zamanda gənclərə kitab oxumağı, maariflənməyi təbliğ edən, bəlkə də, yeganə nəşriyyatın problemləri hər birimizi - müəllimləri, tələbələri, fəhlələri, həkimləri narahat etməlidir. Gəlin bu vəziyyətə laqeyd yanaşmayaq, bu gün "Qanun" nəşriyyatının təhlükə altında olması maariflənməyimiz yolunda qarşımıza çıxa biləcək ən böyük problemlərdən biridir.

Kitabların layiqli təbliğatı və ya bunun alternativ yolları olmasa, insanlar televiziya şoularına, səsi olmayan, çılpaq bədənləri və ya qalmaqalları ilə diqqəti cəlb etməyə çalışan müğənnilərə, ekstarenslər haqqında tele-verilişlərə baxıb sonda şüursuz cahillərə çevriləcəklər. İnkişaf hər zaman irəliyə olmalıdır, televiziya isə sanki insanları deqradasiyaya apararaq onları şəxsi fikri olmayan, qoyun sürüsünə çevirir.

Vecsizliyimiz bizim cəmiyyəti daxildən çürüdür. Amma şadam ki, bunu dərk edən, kitab oxumağa can atan gənc qızlarımız, oğlanlarımız var. Onlar "Qanun" nəşriyyatına dəstəyi təbliğ edir, can yandırırlar. Dəfələrlə belə gənclərə təsadüf etmişəm, laqeydlik xəstəliyindən qurtulan belə insanların sayının daha da çox olmasını arzu edirəm. Xalqın maariflənməsi naminə "Qanun" nəşriyyatının həyata keçirdiyi missiyada onlara müvəffəqiyyətlər arzu edirəm.

Cəmiyyətimiz susduqca, ədəbiyyatımız bədbəxt olacaq....
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsada həq dadıma çatsın,
Mən salim olum cümlə cahan batsada batsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Mirzə Ələkbər Sabir


AzNews.az
Bağla X