13:06
(077) 610-22-33

Ərdoğanın qalmaqallı klipinin müəllifi Bakıda yaşayıb-Foto

  • >
1 886 26 Mart 2014 13:52 | Cəmiyyət

Taylan Doğan eyni zamanda Büyükfırat Qrupun marka danışmanıdır

Son günlər Türkiyənin gündəmində geniş yer alan Türkiyənin hakim Ədalət və Qalxınma Partiyasının bayraqlı reklam videosu ilə bağlı maraqlı bir nüans ortaya çıxıb. AzNews.az xəbər verir ki, Belə ki, reklam tənqidçiləri tərəfindən son illərin ən güclü təbliğat çarxı adlandırılan bu videonun ideya müəllifi Taylan Doğan Azərbaycanda yaşayıb və hazırda da əlaqələri davam edir.

Hazırda Ərdoğanın partiyasının reklam roliklərini hazırlayan firmanın kreativ direktoru olan Taylan Doğan 2010-cu ildən etibarən Azərbaycandakı ilk türk şirkətlərindən olan Büyükfırat Qrupun marka danışmanıdır.

Taylan Doğan son seçimlərdə hakim partiyanın bir sıra reklam videoları ilə yanaşı bayraqlı reklamın da ideya müəllifidir. Türkiyənin məşhur reklamçılarından olan Taylan Doğan 20 ildən çoxdur ki, PiaR kampaniyalarının təşkili və qurulması ilə məşğuldur. Baş nazir Rəcəb Tayyib Ərdoğanla hələ İstanbul bələdiyyəsi zamanından sıcaq münasibət quran T.Doğan 2010-cu ildə Azərbaycana gələn və müxtəlif media və QHT rəhbərləri ilə görüşlər keçirən türk media heyətində yer alıb.

O zaman Büyükfırat Qrup ilə anlaşma imzalayan və təxminən 2 il Azərbaycanda yaşayan Taylan Doğan artıq marka danışmanı olaraq, dördüncü ildir ki, bu şirkətlə əməkdaşlıq edir.

Büyükfırat Qrupun başqanı Hüseyin Büyükfırat AzNews.az-a bu faktı təsdiqləyib. O, Talyan Doğanla həm də yaxın dost olduğunu bildirib: "Dəyərli bir dostumuz və marka danışmanımız Taylan bəyin bu uğuru qürurvericidir. İnanırıq ki, bu reklam videosu da xeyirlərə vəsilə olacaqdır". Qeyd edək ki, sözügedən klipin plagiat olması barədə də mətbuatda xəbərlər yayılıb.
Bağla X