22:36
(077) 610-22-33

“Ayaz Vəfalı istefa ərizəsi yazmışdı” - Fikrət Qoca

  • >
1 353 27 Mart 2014 14:18 | Cəmiyyət

Məlum olduğu kimi ""Ədəbiyyat" qəzetinin baş redaktoru Ayaz Vəfalı vəzifəsindən azad edilərək, yerinə "Ulduz" jurnalının baş redaktoru, yazıçı Elcin Hüseynbəyli təyin edilib. "Ulduz" jurnalına isə bundan sonra Qulu Ağsəs rəhbərlik edəcək.

Bu barədə AzNews.az-a danışan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca deyib ki, dəyişiklik Ayaz Vəfalının öz istəyi ilə baş tutub:

""Ədəbiyyat" qəzetinin baş redaktoru Ayaz Vəfalı Yazıçılar Birliyinin sədri Anara ərizə yazıb. O, ərizəsində xəstə olduğunu və səhhəti işləməyə imkan vermədiyini bildirib". Onun sözlərinə görə, AYB rəhbərliyi A.Vəfalının ərizəsini katibliklə müzakirə edib və belə bir qərara gəlib: "Biz Ayaz Vəfalının ərizəsini öz aramızda müzakirə etdik. Ümumi qərara gələndən sonra onu mətbuata açıqladıq. Elcin Hüseynbəylini "Ədəbiyyat" qəzetinə baş redaktor təyin edik. Qulu Ağsəsi isə "Ulduz" jurnalına. Hər iki dəyişiklik Anar müəlimin razılığı ilə baş tutdu".

Bahar Rüstəmli
AzNews.az
Bağla X