02:46
(077) 610-22-33

Həyat yoldaşı Ramiz Əzizbəylinin səhhətindən danışdı

  • >
900 27 Mart 2014 20:00 | Cəmiyyət

Xalq artisti Ramiz Əzizbəylinin səhhətində irəliləyiş var. Bunu AzNews.az-a xalq artisti Ramiz Əzizbəylinin həyat yoldaşı deyib. O, bildirib ki, əvvəlki günlərlə müqayisədə R.Əzizbəylinin danışıq qabiliyyəti düzəlməyə doğru gedir:

"İndi baxırsan ki, az-az danışır, nitqi yerinə gəlir. Müalicə davam etsə yəqin ki, yaxın aylarda tam şəkildə danışa biləcək".

Aktyorun həyat yoldaşı onu da əlavə etdi ki, bayram günlərində R.Əzizbəyliyə baş çəkənlərin sayı çox olub: "Sənət yoldaşlarının əksəriyyəti gəlmişdi. Çox adam gəlmişdi. Təbii ki, belə şeylər xəstəyə əhval-ruhiyyə verir. Amma hələ də Ramizin müalicəsi üçün maliyyə məsələsində bizə dəstək verən yoxdur".

Xatırladaq ki, xalq artisti Ramiz Əzizbəyli beyin insultu diaqnozu ilə fevralın 21-də Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi.

Orada bir müddət müalicə alan aktyor sonradan Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Bahar Rüstəmli
AzNews.az
Bağla X