17:45
(077) 610-22-33

Rəbiyyət Aslanova oğlunun işdən çıxarılmasından danışdı

  • >
1 592 27 Mart 2014 22:53 | Cəmiyyət

"Cənab prezident İlham Əliyevin oğlum Elnur Aslanovun Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən çıxarılması ilə bağlı verdiyi sərəncamı normal qarşıladıq".

Bunu Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib.

Rəbiyyət Aslanova bu məsələ haqqında geniş danışmaq istəmədiyini qeyd edib: "Çünki oğlum prezident İlham Əliyevin sərəncamı ilə işdən azad olunub. Hər kəs yaxşı bilir ki, prezidentin verdiyi sərəncam müzakirə olunmur. Əgər cənab prezident belə məsləhət görübsə, biz də bu qərarı normal qarşılayırıq".

Xatırladaq ki, Elnur Aslanov Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən martın 17-də azad edilib.(Mediaforum)
Bağla X