İbrahimbəyovdan ölkəyə qayıtmamağı kim xahiş edib? - Açıqlama

Milli Şuranın fəxri sədri, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov mətbuata açıqlamasında Azərbaycana nə üçün gəlmədiyinin səbəbini açıqlayıb.

O, bildirib ki, Azərbaycana dönməyi ondan asılı deyil. Rəhbərlik etdiyi ittifaqının bir neçə əməkdaşının taleyi onun əlindədir: "Onlar məndən xahiş ediblər ki, hələlik Azərbaycana gəlməyim. O şəxslərlə bağlı cinayət işlərinə nə baxır, nə də həmin cinayət işlərini bağlayırlar".

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əliİsa Cabbarov AzNews.az-a açıqlamasında bildirdi ki, R.İbrahimbəyov vəziyyəti gözəl bilir və həbs reallığı haqqında məlumatlıdır: "Ukrayna hadisələri fonunda İbrahimbəyov Bakıya gəlsə, onun fəaliyyətini məhdudlaşdırmaq üçün ittifaqın istintaq altında olan üzvünün həbs etməsi çox gözləniləndir. O, mövqeyini vəkil ilə bölüşür. Xüsusi xahişə ehtiyac da yoxdur. Rüstəm müəllim situatsiyani gözəl bilir və həbs reallıgı haqda məlumatlıdır".

Bahar Rüstəmli
AzNews.az