04:48
(077) 610-22-33

Mədət Quliyev dəyişiklik etdi

  • >
1 229 28 Mart 2014 12:56 | Cəmiyyət

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə yeni kadr təyinatı olub.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, bu gün Penitensiar Xidmətin rəisi, general-mayor Mədət Quliyevin əmri ilə Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov vəzifəsindən azad edilərək eyni statuslu digər vəzifəyə təyin olunub. Belə ki, M.Sadıqov bundan sonra Penitensiar Xidmətin "Cəmiyyət və cəza" jurnalının baş redaktoru - şöbə rəisi vəzifəsində çalışacaq.

İctimaiyyətlə əlaqələr şöbəsindən həmçinin bildiriblər ki, bu qərar "Cəmiyyət və cəza" jurnalının fəaliyyətini canlandırmaq məqsədilə qəbul edilib.

Hələlik onun yerinə heç kim təyin olunmayıb.


AzNews.az
Bağla X