Bakının ən təhlükəli rayonundan REPORTAJ

Xətai - Bakının həm coğrafi şəraiti, həm də ərazisində olan dövlət əhəmiyyətli müəssisələr baxımından ən uğurlu rayonu hesab edilə bilərdi... Əgər icra başçısı sarıdan bəxti gətirsəydi.

Bir vaxtlar Yasamalın indiki icra başçısı İbrahim Mehdiyevin rayonu viran qoyma ənənələrini indiki başçı Razim Məmmədov xüsusi istedadla və daha sürəkli şəkildə həyata keçirir.

...Xətai böyük rayondur. Dərdləri də böyükdür, gözlə görünən yox, gözə girən problemləri də. Biz də gözə girməməsi mümkün olmayan problemləri sadalayacağıq.

SAKİNLƏR ÖLÜMLƏ ÜZ-ÜZƏ

Xətainin ən böyük prospekti, rayonu tən ortadan bölən – "Ukrayna" dairəsindən Nizami rayonu sərhədinə qədər olan bir neçə kilometrlik yolu qət etmək kifayətdir ki, rayon rəhbərliyinin səriştəsiz, zövqsüz və acgöz olmasını əks etdirən əməlləri öz gözlərinlə görəsən.

Xətai yəqin, yeganə rayondur ki, buranın sakinləri yalnız avtomobil yolu ilə hərəkət edirlər.



Qucağında uşaq olan ana da, qoca da, cavan da avtomobil üçün nəzərdə tutulan yolun tən ortası ilə mənzil başına irəliləyir. Əlbəttə heç kim canından bezməyib. Kimsənin rayondakı məmur harınlığından bezib, intihar etmək fikri də hələlik yoxdur. Onlar yolun ortası ilə hərəkət etməyə sadəcə, məhkumdurlar. Çünki rayonun mərkəzi küçəsində bütün səkilər, eləcə də mühafizə zolağı çoxdan satılıb.
Budur, onlar müxtəlif ticarət obyektləri, restoranlar, kafelərin ön divarının özülüdür. Obyektlərin qarşısında isə sahiblərinin və müştərilərin avtomobilləri (Fotolar bayram günlərində çəkildiyindən seyrəklik var. Adi günlərdə isə bura "ayaq basmaq" olmur). İcra başçısı bu obyektlərin tikintisinə sərəncam verəndə, səkiləri satmağı qəribə görünməyə bilər, çünki o heç bir işində sakinləri nəzərə almayıb. Amma bu obyektlərin qarşısında avtomobillərin dayanacağı, bununla da şəhərin əsas mərkəzi yollarından birisinin yarısını "işğal" ediləcəyini və həmin ərazinin "taleyinə" əbədi tıxac yazacağını niyə dərk etməyib, görəsən?



XƏTAİ EYBƏCƏRLİYİ

Bir neçə il əvvələ kimi mövcud olan yaşıllıq zolağının və səkilərin məhv edilməsi hesabına ucaldılan bu tikililər, heç olmasa bir cərgədə, yaraşıqlı, zövqlü olsaydı, dərdi yarı. Hündürlüyü, rəngi, bütün arxitekturası ilə bir-birinin "üzünə tüpürən" tikililəri belə eybəcərliklə inşa etmək hansı peşəkarlığın, hansı ağılın məhsuludur?...
Ölkənin hər yerində heç olmasa, mərkəzi küçələri, görünən yerləri səliqəyə salmaq, üzləməklə, nə bilim hasarlamaqla gözoxşayan etmək proqramı həyata keçirildiyi bir vaxtda Xətai, sanki eybəcərlikdə və zövqsüzlükdə nümunə olmaq siyasətini yürüdür.
Təqdim etdiyimiz, fotolardan da göründüyü kimi, burda nəinki şəhərin baş planı, heç "ayaq" planı da işləməyib, adi tikinti qaydalarına belə riayət olunmayıb.


AĞAC YEYƏNLƏR

Ağacların, yaşıllıqların xüsusi məharətlə qırılması planı isə bu rayonda həmişə işləkdir. Maraqlıdır ki, bu məsələlərə nəzarət edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ağac kəsənləri tutan "əli" Xətaiyə çatmır. Ya da yüksək zirvələr fəth edən alpinist nazirimizin bu rayona qalxmaq həvəsi yoxdur. Belə olmasaydı, burada "yaşıl soyqrımın" həyata keçirilməsi barədə heç olmasa mətbuatda gedən məlumatlara reaksiya verilərdi. Ola bilər ki, yol kənarları, dediyimiz obyektlərin ucaldığı yerlərdə yaşıllıqların məhv edilməsi faktini qeydə almaq orada yaranan dəhşətli tıxac üzündən mümkün olmayıb. Amma indi hamının istirahət etdiyi, cəmi bir neçə il əvvəl istifadəyə verilən Heydər Parkında başlayan "soyqrımı" görməyə nə mane olur?

...Parkın böyük bir hissəsi hasara alınıb. Bura xüsusi gözəllik verən təpəcik tamamilə dağıdılıb, ərazidə olan saysız- hesabsız ağaclar isə əlbəttə ki, "gömülüb". İndi bu ağacların yerində özül qazılıb, nəsə tikiləcək...

Əlbəttə ki, bu tikilidən də yol kənarındakı, daha doğrusu, yolda ucaldılan binalardan fərqli bir şey gözləmək sadəlövhlük olar.



QURBANLIQ AĞACLAR

Başqa bir hasarlama isə Metronun "Əhmədli" stansiyasının yaxınlığınadadır. Piyadalar üçün nəzərdə tutulmuş səki ilə bərabər ərazidə yeganə yaşıl zona da hasarlanıb. Hasarlanmış ərazidə ağaclar qurbanlıq qoyunlar kimi öz müştərilərini gözləyir. Həmin müştərilər gələnəcən isə ərazi təmir sexi və yarasız avtomobillərin dayanacağı kimi istifadəyə verilib. Hər iki tərəfində tikinti işləri aparılan bu ərazidə ağacların xeylisi sexə görə məhv edilib. Onlarin yerində isə təmir quyuları qazılıb. Ağaclıq, zibilliyə, avtomobillərin xarab hissələrinin tullantı yerinə çevrilib.


İnsafən demək lazımdır ki, hasarlanan ağaclığın heç də hamısı məhv edilməyib. Görsənən ağaclar yol kənarındakı çayxana, yeməkxana, bərbərxana, nə bilim başqa hansısa XANAların istifadəsindədir.
Hər halda bur rayonda sakinlərə məxsus yalnız öz mənzilləri var, əgər o mənzillərə də çata bilsələr...



Azər Məlikli
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description