09:05
(077) 610-22-33

Şeyxin müavini terrordan yazdı- Məqalə

  • >
779 28 Mart 2014 15:03 | Cəmiyyət


Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Hacı Fuad Nurullah "İslam terrorizimə yox deyir" başlıqlı məqalə yazıb. QMİ-nin rəsmi saytında yer alan yazıda son illər dünyada islamafobiya halları, terrorun din pərdəsi altında həyata keçirdiyi aktlarla bağı müfəssəl dəyərləndirmə aparılıb.

AzNews.az məqaləni oxuculara təqdim edir:

"İslam terrorizimə yox deyir"

Terror latın sözüdür, ("terror"-qorxu, dəhşət) rəqiblərin zorakı metodlarla qorxudulması və məhv edilməsi siyasəti deməkdir. (Əlövsət Əliyev, "Terrorçularvə terrorizm", Qanun; ictima-siyasi, elmi hüquq jurnalı, №4, Bakı-1996, s.61) Xüsusilə qeyd etmək lazımdır ki, öz dilimizdə olan "dəhşət" kəlmələrimüasir medya tərəfindən çox istifadə edilən "terror" kəlməsilə eyni mənanı ifadəedir. Burada "dəhşət" ağıla çaşqınlıq verəcək surətdə, ürpərdici dərəcədəqorxma kimi tərif edilə bilər. (Ə.m.bax: "Kelimeler", Altınolu, aylık mecmua,Sayı: 189, İstanbul-2001, s.14)

Ümumiyyətlə, terror haqqında danışarkən ilk növbədə bu ifadəni düzgündərk etmək lazımdır. Çünki müasir dünyada insan tələfatına və dağıntılara səbəbolan bir çox hadisələr məhz bu ifadə ilə əlaqələndirilir.
Terror dedikdə, rəqibin öz qurbanını, qanuni vasitələrlə üstün gələ bilməyəcəyini dərk edib, onu qismən, zorakılıqla məhv etməsi başa düşülür.

Terrorun və terrorçuluq faktorunun meydana çıxmasında cəmiyyətdəki ədalətsizliyin mövcud olduğuna inam və başqa bir sıra amillər əsas rol oynayır. Nə qədər ki, bu amillər var, terrorçuluq da vardır və olacaqdır. Düzdür, bütün sadalanan səbəbləri terrorla əlaqələndirən son səbəb halqası cahillik və çarəsizlikdir. Lakin bəzən ədalətsizliyi aradan qaldırmaq, bəzən zalımı cəzalandırmaq, bəzən də dünyaya hər hansı irqin, dinin və qrupun hakim olmasının qarşısını almaq vasitəsi kimi terrora həmişə əl atılacaq. Terrorçular da gah qəsdən, gah da bilməyərəkdən bu məqsədlər üçün alətə çevriləcəklər.

Təbii ki, bu məhrumiyyətlərin başlıcası insan həyatına qəsd etmək, yəni onu öldürməkdir. Allah, insan bədəninə ruhundan üfürərək verdiyi canı geri almağı mələkləri vasitəsilə özünə şamil etmişdir. "Sonra onun nəslini nütfədən-bir qətrə zəif (dəyərsiz) sudan əmələ gətirdi. Sonra onu formaya saldı və ona öz ruhundan (özünün yaratdığı ruhdan) üfürdü (həyat verdi). "Öldürən də, dirildən də Odur." (ən-Nəcm 53/44) Buna görədir ki, bir insanın canına qıymaq ən böyük günah hesab edilərək, bu fel "cinayət" adlandırılmışdır.

İlahi məhrumiyyət və qadağanlara rəğmən insanlıq tarixi cinayətlərlə doludur. Yer üzündə törədilən cinayətlər, ilk insan Adəm Peyğəmbərin oğlu Qabilin mənlik və qısqanclığı nəticəsində öz doğma qardaşı Habili öldürməsiylə başlayır. "Nəfsi onu (Qabili) qardaşını öldürməyə sövq etdi, onu (Habili) öldürdü və bununla da zərərçəkənlərdən oldu." (əl-Maidə 5/30) Qabil, qardaşı Habili öldürdükdən sonra peşman olur. "O, artıq peşman olmuşdu." (əl-Maidə 5/31)

Dindarlıq hər zaman və məkan şəraitində qüvvədə olmuşdur. Tarix boyu planetin ən müxtəlif guşələrində yaşamış, müxtəlif sivilizasiya səviyyəsinə malik olmuş xalqlar həmişə Yaradanı tanımaq yolunda axtarışda olmuş, Onun varlığının nişanələrini kəşf etməyə çalışmışlar. İnsanlar həmişə hansısa bir dinə inanmışlar. Bu dinlərin mənşəyi və xüsusiyyətləri bir-birindən köklü fərqlənirdi. Bəzi xalqlar vahid Allaha, bəziləri Xeyir və Şər kimi ikili qüvvələrə, bəziləri isə çoxallahlığa və bütpərəstliyə etiqad bəsləyirdi. Lakin onları birləşdirən ümumi cəhət budur ki, tarix boyu insan həmişə hansısa kənar fövqəltəbii qüvvənin mövcudluğunu qəbul etmiş və ona tapınmışdır. Bu, dindarlığa meyllilik və allahpərəstlilik baxımından bütün insanların eyni fitrətə tabe olmalarını sübut edir.

Buradan gördük ki, din; bəzi kimsələrin irəli sürdükləri kimi, müxtəlif xarici təsirlərlə insana sonradan aşılanmış düşüncənin məhsulu deyildir. O, insanla əkiz doğulan yüksək bir duyğunun əsəridir.
Din, insanın Allah, digər insan və varlıqlarla münasibətlərini tənzimləyən və həyatına istiqamət verən hərəkət və davranış şəkillərinə təsir edə biləcək qaydalar məcmuəsinə verilən addır. İnsanla bərabər tarixin bütün dövrlərində və bütün cəmiyyətlərdə mövcud olan din, müxtəlif şəkillərdə özünü göstərməkdədir.

Qurani-Kərimdə cihad kəlməsi Allahın rizasına uyğun olaraq yaşam mübarizəsi- "(Ya Rəsulum!) kafirlərə itaət etmə və onlara qarşı (Quranla) böyük bir cihad et! (Var gücünlə vuruş!)" (əl-Furqan, 25/52), Allah yolunda malı və canı ilə əmək sərf etmək, mübarizə aparmaq-"Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır!" (əl-Hucurat, 49/15), döyüş və müharibə- "(Allahın düşmənlərinə qarşı) döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi." (əl-Bəqərə, 2/216) mənalarında işlədilir.

Həzrət Məhəmməd (ə) "Cihad, insanın Allah yolunda qılınc oynatması deyildir. Əsl cihad: Ana-ataya qulluq edən, ailəsinə və uşaqlarına baxan kimsədə təhəqqüq edər ki, o (həqiqi) cihadda hesab olunur. Heç kimsəyə möhtac olmamaq üçün çalışan adam da Cihadda sayılır" - buyurmuşdur. Digər bir Hədisi-şərifdə yenə"Gözəl söz söyləmək, oruc tutmaq, hər il həccə getmək cihada yaxın əməllərdəndir" - deyə buyurur.

Şəhidliyin zirvə nöqtəsinə ancaq hərb meydanlarında fədəkarlıq göstərməklə nail olmaq mümkün olduğu üçün burada İslamın cihad anlayışından bir az bəhs etmək istərdim. Bununla beynəlxalq platformalarda İslamın şəhidlik amalını ləkələmə məqsədini güdən qrupların "müqəddəs savaş" adı verərək bəhs etdikləri cihadı necə də səhv bir şəkildə dünyaya çatdırmaq istəmələri və bu arada ya sözü gedən qrupların təsirində qaldıqları ya da İslamı səhv başa düşdükləri üçün cihad adı altında bəzi fəaliyətlərilə də səhv bir düşüncəni tətbiq edənlərin səhv yolda olduqlarına işarə etmək istərdik. Cihad kəlməsinin kökü olan "cəhd" qərarlı şuurlu bir şəkildə səy göstərmək deməkdir. İslam ədəbiyyatında bu səyin fiziki olanına cihad, mənəvi olanına mübarizə və elmi olanına da ictihad deyilməkdədir. Bu üç ifadə də Allah yolunda səy göstərmək nöqtəsində birləşirlər. Beləliklə də cihad mal, can və fikir ünsürlərindən biri və ya hamısı ilə ifadə edilə bilər.
Bu ayələrin bir qismində cihad kəliməsindən həqiqi mənada müharibə nəzərdə tutulduğu aydın olmaqda, bir qismində də cihad, "Allahın razılığına uyğun bir şəkildə həyat tərzi" şəklində yaşamaq mənasında keçməkdədir. Ümumi mənada cihad və fəzilətlərindən bəhs edən hədislər yanında kimə qarşı və necə cihad edilə biləcəyinə dair müxtəlif hədislər də vardır. "Mücahid nəfsilə cihad edəndir", "Mömin qılıncı və dililə cihad edər", "Müşriklərə qarşı mallarınız, nəfisləriniz və dillərinizlə cihad edin", kımi hədislərlə Peyğəmbərin ümmətin içində etməyəcəkləri şeyləri söyləyən və özlərinə əmr edilənləri etməyən nəsillər ortaya çıxacağını xəbər verərək "Kim onlarla əliylə cihad edərsə o mömindir, kim onlarla diliylə cihad edərsə o mömindir, kim onlara qəlbilə cihad edərsə o mömindir" deməsi müharibəyə getməkdə olan İslam ordusuna qatılmaq üçün gələn birinə anasının və atasının həyatda olub olmadığını soruşaraq həyatda olduqlarını bilməsi ilə, "O halda onlara xidmət yolunda nəfsinlə cihad et". Buna görə cihad həyatın məqsədi olaraq Allaha qulluq etmə, Allah və Rəsulunun qoyduğu ölçülərin fərd və cəmiyyət həyatına tətbiq olunmasına çalışmaqdan, İslamı digər insanlara təbliğ, İslam ölkəsinin və müsəlmanları hər cür təhlükə və hücumlara qarşı müdafiə və bu mövzuda lazım gələrsə müharibəyə qədər geniş bir məna daşımaqda, qəlb, dil, əl və s. kimi bəşəri iradənin ortaya qoyulduğu hər vasitə ilə edilə bilməkdədir.

AzNews.az
Bağla X