23:18
(077) 610-22-33

Quba-Küpçal-Küsnət yolunun tikintisinə 5,3 milyon manat ayırılıb

  • >
799 28 Mart 2014 17:57 | Cəmiyyət

Azərbaycan prezidenti İlham Əliyev Quba rayonunun Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama görə, 7 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Quba Rayon İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,3 milyon manatı ayrılıb.

Maliyyə Nazirliyinə maliyyələşmənin təmin edilməsi, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

AzNews.az
Bağla X