Ramil Usubov pulsuz müalicəni ləğv etdi- Sərəncam

Daxili işlər naziri Ramil Usubov polis sistemində narazılığa səbəb olan sərəncam imzalayıb. AzNews.az xəbər verir ki, "Azadlıq"a daxil olan məlumata görə, həmin sərəncam daxili işlər orqanlarının təqaüddə olan əməkdaşlarının DIN-in nəzdindəki tibb ocaqlarında pulsuz müalicəsinin ləğvi barədədir. Nazir sərəncamı martın 19-da imzalayıb. Məlumatda deyilir ki, təqaüddə olan polis əməkdaşları ilə yanaşı hazırda daxili işlər orqanlarında işləyənlər də bu sərəncamdan narazılıq edirlər.

Məsələ ilə bağlı DIN-dən mövqe öyrənmək mümkün olmayıb.

AzNews.az