07:35
(077) 610-22-33

Murad Dadaşov mağazasının qarət olunmasından danışdı

  • >
2 033 29 Mart 2014 09:26 | Cəmiyyət

Tanınmış şoumen Murad Dadaşov mağazasının qarət olunması barədə yayılan xəbərlərə münasibət bildirib. O, AzNews.az-a açıqlamasında deyib ki, məlumat yalandır: "Yalan söhbətdir. Nə mağaza?"

Mağazanın qarət olunmasını sübut edən fotoların da artıq mətbuatda yayıldığı bir vaxtda M. Dadaşovun xəbəri təkzib etməsi maraq doğurur.

Xatırladaq ki, Milli.az saytı şoumen, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş üzvü Murad Dadaşovun Səbail rayonu, İstiqlaliyyət küçəsindəki şirniyyat məmulatlarının satışı və sifarişini həyata keçirən Côte d`Azur mağazasının qarət olunması barədə xəbər yayıb. Məlumata görə, mağazanın şüşələri naməlum şəxslər tərəfindən sındırılıb. Mağazanın əməkdaşları və polis içəri daxil olmağa izacə verməyiblər.

Bahar Rüstəmli
AzNews.az
Bağla X