“Söyün Sadıqovu Kremlin həyətinə bağlayıblar...” – E.Fətullayev

"Mən Söyün Sadıqovın vücudunu bir neçə ay əvvəl qəzet və saytlarda görmüşəm".

Bu barədə AzNews.az-a Haqqin.az saytının rəhbəri Eynulla Fətullayev bildirib. O qeyd edib ki, Söyün Sadıqovu heç vaxt görməyib və buna çox sevinir: "Bu adam 50 ildir Moskvada yaşayır və iki, üçüncü sinif şagirdi səviyyəsində yazır. Belə bir çoban itinə bənzəyən bir insanı bağlayıblar Kremilin həyətinə və lazım olanda kiminsə üstünə kıskırdıb hürdürürlər".

Qeyd edək ki, Rusiya Prezident Administrasiyasının Millətlərarası əlaqələr şöbəsinin üzvü və Vladimir Putinin rəsmi nümayəndəsi Söyün Sadıqov mətbuatda onunla bağlı yayılan yazılara münasibət bildirərkən Eynulla Fətullayev haqqında sərt fikrlər səsləndirib:
"Eynulla Fətullayevin mənim haqqımda yazdıqlarının arxasında kimin durduğu hamıya məlumdur. Çünki onun yazdıqları bütünlüklə siyasiləşmiş və savadsız yazılmış bir yazı idi. Mən ondan incimirəm. Əksinə, o bu cür absurd və yanlış fikirləri ilə mənim nüfuzumu daha da yüksəldir. Eynullanı mən bir dəfə hələ Moskvada həbs olunmamışdan əvvəl, cəmi 20 dəqiqə görmüşəm. O zaman o mənə öz jurnalını göstərərək orada Heydər Əliyev və İlham Əliyev, eləcə də onların ailəsi haqqında heç də xoşagəlməz yazı göstərmişdi. O zaman mən onun üstünə qışqırdım və ona dedim ki, sən azərbaycanlı deyilsən. Nə sən, nə də qeyri başqasnın əgər dövlət başçısından xoşunuz gəlmirsə belə, onun və onun ailəsi haqqında bu cür yazıları və şəkilləri göstərməyə heç kəsin ixtiyarı yoxdur. Məni onunla tanış edən adama da dedim ki, məni belə "əclaf"la niyə tanış edirsən?"

Amid
AzNews.az