02:25
(077) 610-22-33

DİN-də çarpayı problemi – Nazir sərəncamının pərdəarxası

  • >
2 942 29 Mart 2014 13:41 | Cəmiyyət

Təqaüddə olan polislərin pulsuz müalicə hüququnun ləğv edilməsi ilə bağlı yayılan xəbərlərə DİN münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəisi Sadiq Gözəlov imzası ilə AzNews.az-a daxil olan məlumatda deyilir:

"Təəssüflər olsun ki, daxili işlər naziri cənab Ramil Usubovun imzaladığı əmrin əsl mahiyyəti bir sıra kütləvi informasiya vasitələrində təhrif olunmuş formada şərh edilib.

Təqaüddə olan əməkdaşlarımız Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən hər zaman böyük diqqət və qayğı ilə əhatə olunub və həmin iş bu gün də davam etdirilir. Onlar Nazirliyin nəzdində olan və ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş poliklinikalarda pulsuz müayinə və müalicə olunurlar. O ki, qaldı təqaüdçülərin DİN-in Arif Heydərov adına Respublika Hospitalında ödənişsiz müalicə almalarının ləğvi məsələsinə, həmin tibb müəssisəsinin əsas təyinatı ilk növbədə daxili işlər orqanları əməkdaşlarının sağlamlığının qorunması sahəsində kompleks profilaktiki, müalicə, stasionar və digər tədbirləri həyata keçirməkdən, onların müalicə olunub yenidən xidməti fəaliyyətlərini davam etdirmələrinə yardımçı olmaqdan ibarətdir.

Adıçəkilən hospitalda çarpayı fondunun məhdudluğu (cəmi 320 çarpayı) və bu səbəbdən zəruri tibbi yardım almaqda problemlərlə üzləşən əməkdaşların çoxsaylı müraciətləri Nazirliyin rəhbərliyini belə bir addım atmağa vadar etmişdir. Lakin istisna hallarda maddi durumu daha aşağı olan imtiyazlı təqaüdçülərimiz hospitalda ümumi çarpayı fondunun 10 faizi həcmində pulsuz müalicə almaq hüququna malikdirlər.

Əgər gələcəkdə həmin tibb müəssisəsi genişləndirilərsə, yaxud çarpayı fondu artırılarsa, bu məsələyə yenidən baxıla bilər".

AzNews.az

Bağla X