Azərbaycanda əlillərlə bağlı yoxlama aparılır

Aprelin 1-2-də BMT-nin Əlillərin Hüquqları üzrə Komitəsi (CRPD) Azərbaycandakı vəziyyəti müzakirə edəcək.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən verilən məlumata görə, Azərbaycan Əlillərin Hüquqları haqqında Konvensiyaya qoşulan 143 iştirakçı ölkədən biri olduğuna görə 18 beynəlxalq müstəqil ekspertdən ibarət olan Komitəyə müntəzəm hesabatlar təqdim etməsi tələb olunur.

BMT-nin Əlillərin Hüquqları üzrə Komitəsi Azərbaycanın nümayəndə heyəti ilə dialoqlar aparacaq, eləcə də əlil şəxslərin birliklərini, QHT və onların təmsil olunduğu digər təşkilatların fikirlərini dinləyəcək.

Tikinti, nəqliyyat və rabitə imkanlarından istifadə; hüquqi bacarıqlar; müstəqil yaşama tərzinin dəstəklənməsi ilə məcburi təşkilatlanmanın qadağan edilməsi; sağlamlıq imkanları məhdud olan uşaqlar üçün inklüziv təhsil; əlilliyin əmək bazarında əsas ayrı-seçkilik olması hallarının qarşısının alınması məsələləri müzakirəsi güman edilən mövzulardır.

AzNews.az