04:27
(077) 610-22-33

Direktora görə Prezidentə müraciət edildi

  • >
1 798 31 Mart 2014 09:30 | Cəmiyyət

“Təəssüf ki, məktəbimizdə vəziyyət getdikcə ağırlaşır”



Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdəki özbaşınalıqlarla bağlı AzNews.az-a müraciət edilib.

Kamran Səxavət adlı qəsəbə sakinindən daxil olan müraciətdə məktəbin direktoru Yusif Yusifovun Abşeron rayon vəzifəli şəxsləri ilə birgə orta təhsil müəssisəsində soyğunçuluqla məşğul olduğu iddia edilir.

Məlumata bildirilir ki, sözü gedən məktəbdə maraq saatları, dərnəklər, xəstə uşaqlara ev şəraitində keçirilməli olan dərslər keçirilmir. Amma buna bu məqsəd üçün dövlət büdcəsindən ayrılan vəsait mənimsənilir. Eyni zamanda sinif jurnalında adı yazılmış şagirdlərin sayı ilə faktiki sinifdə olan şagirdlərin sayı üst-üstə düşmür. Məktəbdə adı olan, amma özü olmayan texniki işçilərə əmək haqqı yazılıb və bu pullar məktəb rəhbərliyi mənimsənilir: "Direktora bu işdə Abşeron rayon təhsil şöbəsinin müdiri Nadir Ağayev havadarlıq edir. Bu qanun pozuntuları və özbaşnalıqlarla bağlı artıq müvafiq qurumlara və ölkə başçısı İlham Əliyevə müraciət ünvanlanıb".

Məsələ ilə bağlı direktorun fikirlərini öyrənmək istəsək də, o danışmaqdan imtina etdi. Amma məktəbin bir neçə müəllimi müraciətdə qeyd olunan ittihamları təsdiqlədilər. İşlərini itirməkdən çəkindikləri üçün adlarının gizli qalmasını istəyən müəllimlərin sözlərinə görə, direktor məktəbi şəxsi mülki kimi idarə edir: "Bu adam nə istəyir edir. Savadlı müəllimlər məktəbin rayonun tədbirlərinə qatılmır. Onlar daim təzyiq altındadırlar. Buna səbəb onların haqsizlığa barışmaq istəməmələrilə bağlıdır. Məktəb direktoru, illərlə dərsə gəlməyən şagirdlərə qiymət, özü də yüksək qiymətlər yazılmasını tələb edir. Müəllimlər isə bunun məsuliyyətli iş olduğunu bildirirlər. Belə olan halda həmin müəllimlər başqa bəhanələrlə cəzalandırılır, direktorun, eləcə də Rayon Maarif müdirinin "qara siyahı"sına salınır. İndi gəlib məktəbi yoxlasalar, məlum olar ki, 20-dən çox adı olan, özü isə illərdir dərsə gəlməyən, buna görə də direktora pullar ödəyən şagirdlər var. Bundan əlavə, direktorun ixtisaslı kadrları çıxarmaq, onun əvəzinə özünün, maarif müdirinin, qəsəbə sovetinin adamlarını yerləşdirmək kimi pis vərdişi var".

Müəllimlər bildiriblər ki, Mikayıl Cabbarovun Təhsil naziri təyin edilməsindən sonra hamı vəziyyətin düzələcəyinə ümid edib, lakin hər şey gözləntilərin əksinə olub: "Təəssüf ki, məktəbimizdə vəziyyət getdikcə ağırlaşır".

Araz
AzNews.az
Bağla X