06:41
(077) 610-22-33

Metronun yeni rəisi jurnalistlərlə görüşəcək

  • >
715 31 Mart 2014 10:23 | Cəmiyyət

"Zaur Hüseynovun mətbuatdan qaçması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur".

Bunu AzVision.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva deyib.

Onun sözlərinə görə, hazırda qurumda struktur dəyişiklikləri həyata keçirilir:

"Mətbuatda gedən məlumatların heç bir əsası yoxdur. Zaur müəllim jurnalistlərdən niyə qaçsın ki? Hazırda qurumda struktur dəyişikliyi həyata keçirilir. Nizamnamə, əsasnamə dəyişilir. 1-2 ay vaxt lazımdır ki, bu işlər sona çatsın. Bundan sonra Z.Hüseynov jurnalistlərlə görüşəcək"-deyə, N.Tanrıverdiyeva əlavə edib.

Qeyd edək ki, mətbuatda "Bakı Metropoliteni" QSC-nin yeni rəisi Zaur Hüseynov barədə tez-tez məlumatlar dərc edilir. Bildirilir ki, Z.Hüseynov mətbuata qapalı adamdır və jurnalistlərdən qaçır.

AzNews.az
Bağla X