Elçin “Qatil”dəki yataq səhnələrindən danışdı

"Qatil" tamaşasının müəllifi Elçin muğam ifaçısı Alim Qasımovun "Qatil" tamaşasındakı yataq səhnələrinə etiraz etməsinə münasibət bildirib.

Kulis.az-a danışan Xalq yazıçısı sənətə bu cür münasibətin yolverilməz olduğunu söyləyib: "Hər bir rejissorun dünyaya baxışı, sənətə münasibəti, bədii yozumu var. Dözüm göstərib tamaşanı sona qədər izləmək və bundan sonra fikir söyləmək lazımdır. İstər xalq artisti olsun, istərsə də adi tamaşaçı, kiminsə tamaşanı yarımçıq tərk etməsi düşünürəm ki, yaxşı hal deyil".

Xatırladaq ki, dünən AzNews.az saytı xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov Akademik Milli Dram Teatrında "Qatil" tamaşasına görə qalmaqal yaratdığı barədə xəbər yaymışdı.

AzNews.az