07:59
(077) 610-22-33

“Diplomatik Star“: “Mehriban xanım Əliyeva uşaqların mühafizəsində“

  • >
625 29 Avqust 2012 10:08 | Cəmiyyət

Nüfuzlu dərgidə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub



Pakistanın nüfuzlu "Diplomatik Star" jurnalında Milli Məclisin deputatı Gülər Əhmədovanın nəşrin baş redaktoru Raca Mahmud Battiyə verdiyi "Mehriban xanım Əliyeva uşaqların mühafizəsində" sərlövhəli müsahibəsi dərc olunub.

Anspress-ə Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, "Azərbaycan Respublikası Cənubi Qafqazda ən inkişaf etmiş dövlətdir və İslam dünyasında önəmli mövqeyə malikdir" sözləri ilə başlayan yazıda jurnalist Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olduğunu vurğulanıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub.

R.M.Batti Milli Məclisin deputatına Azərbaycan, ölkəmizin xarici siyasətinin prioritetləri, Pakistan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və respublikamızda uşaqlara göstərilən qayğı ilə bağlı suallar verib.

"Diplomatik Star" jurnalının baş redaktorunun suallarını cavablandıran deputat Azərbaycanın tarixinə qısa ekskurs edib, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi, ölkəmizin dinamik inkişafı və Bakıda keçirilibş "Eurovision-2012" mahnı müsabiqəsi barədə oxuculara ətraflı məlumatlar verib. G.Əhmədova dövlətimizin qonşu ölkələr, regionun və dünyanın aparıcı dövlətləri ilə balanslaşdırılmış xarici siyasət apardığını vurğulayıb.

Deputat ümummilli lider Heydər Əliyevin 1996-cı ildə İslamabada rəsmi səfəri zamanı bir sıra vacib sənədlərin imzalandığını, bununla da ölkələrimiz arasında müqavilə-hüquq bazasının yaradıldığını bildirib.

Müsahibəsinin böyük bir hissəsini Azərbaycan dövləti tərəfindən uşaqlara göstərilən diqqət və qayğıya həsr edən G.Əhmədova məhz ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra bu istiqamətdə hüquqi-normativ bazasının yaradıldığını bildirib. Deputat ümummilli liderin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uşaqlar üçün həyata keçirilən genişmiqyaslı layihələrdən danışıb.

G.Əhmədova, həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkəmizdə və xaricdə gördüyü işlər barədə geniş məlumat verib, onun uşaqlara əsl analıq qayğısı ilə yanaşdığını diqqətə çatdırıb. Fondun dəstəyi ilə məktəblərin, uşaq evlərinin, bağçaların tikildiyini qeyd edən G.Əhmədova Pakistanın daim Heydər Əliyev Fondunun diqqət mərkəzində olduğunu vurğulanıb. Deputat xatırladıb ki, Fondun dəstəyi ilə Pakistanın Müzəffərabad şəhərində qızlar məktəbi tikilmiş, bu ölkənin bütün əyalətlərində səhiyyə və humanitar layihələri reallaşdırılıb.

Müsabiqənin tam mətni ilə http://www.diplomaticstar.com/magazine/the-first-lady-of-azerbaijan-mrs-... linkindən tanış olmaq mümkündür.

AzNews.az
Bağla X