03:55
(077) 610-22-33

Mədəniyyət və turizm naziri İrana səfər edəcək

  • >
355 2 Aprel 2014 10:39 | Cəmiyyət

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yaxın vaxtlarda İrana səfər edəcək, eləcə də İranda "Azərbaycan mədəniyyəti həftəsi" keçiriləcək. Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin ötən gün mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevlə görüşündə danışıqlar aparılıb.

İranın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirliyin mədəniyyət məsələləri üzrə yeni müşaviri İbrahim İbrahiminin də iştirak etdiyi görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığın artırılması məsələləri müzakirə olunub.
Görüşdə, həmçinin iki ölkə arasında 3 il öncə mədəniyyət sahəsində imzalanmış əməkdaşlıq sazişinin vaxtının uzadılması məsələsi müzakirə olunub. Qərara alınıb ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin İrana səfər zamanı bu sazişin vaxtı uzadılsın.

Məlumatda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin də iyun ayında İrana səfər edəcəyi bildirilir. İki ölkə arasında turizm sahəsində əməkdaşlıqları artırmaq məqsədi ilə Ə.Vəliyev İran-Azərbaycan sərhədinə yaxın əyalətlərdə, o cümlədən Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Gilan əyalətlərində turizm potensialı ilə tanış olacaq.

AzNews.az
Bağla X