Jirinovski məhkəməyə veriləcək- Video

Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin azərbaycanlılarla bağlı ifadələri Rusiyada yaşayan həmvətənlərimiz tərəfindən ciddi narazılıqla qarşılanıb.

AzNews.az anspress-ə istinadən xəbər verir ki, "AZERROS" təşkilatından sonra Rusiyanın digər regionlarında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, eləcə də Ümumrusiya Azərbaycanlılar Konqresi Jirinovskini məhkəməyə verməyi qərara alıb.

Dumada isə hesab edirlər ki, Vladimir Jirinovskinin Qarabağı Rusiyaya birləşdirmə çağırışı Rusiyanın rəsmi mövqeyini əks etdirmir. ANS-ə açıqlama verən Rusiya Dövlət Dumasının üzvü Vyaçeslav Tetyolkinin sözlərinə görə Jirinovskinin tək məqsədi sadəcə ictimaiyyətin diqqətini özünə çəkməkdir.

Xatırladaq ki, Dumada çıxışında Azərbaycan adında millət olmadığını deyən Vladimir Jirinovski Rusiyanın Krımı ələ keçirməsindən sonra artıq iki dəfə də Qarabağın Rusiyaya birləşdiriləcəyini söyləyib. Onun sözlərinə görə Azərbaycan və Ermənistan onsuz da aralarında razılığa gələ bilməyəcəklər, ən yaxşısı Qarabağı Rusiyaya birləşdirməkdi.



AzNews.az