Şeyx Qubada səfərdədir Şeyx Qubada səfərdədir

Allahşükür Paşazadə zona müşavirəsi keçirəcək

Şeyx Qubada səfərdədir




Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Qubaya gedib.

AzNews.az Regional TV-yə istinadən xəbər verir ki, səfərdə məqsəd Qubada dini icmaların nümayəndələrinin iştirakı ilə zona müşavirəsində iştirak etməkdir.

A.Paşazadə əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Qubaya səfəri müddətində QMİ sədrinin buradakı Quba Soyqırımı Memorial Kompleksini ziyarət etməsi, daha sonra isə Heydər Əliyev Mərkəzində bölgədəki dini icmaların nümayəndələrinin iştirakı ilə müşavirə keçirməsi nəzərdə tutulub.

AzNews.az