"Onun səhətində heç bir problem yoxdur" "Onun səhətində heç bir problem yoxdur"

“Atamla bağlı yayılan xəbər yalandır” - Zəlimxan Yaqubun oğlu

"Onun səhətində heç bir problem yoxdur"



Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun bu gün səhər xəstəxanaya yerləşdirilməsi xəbəri təkzib edilib.

Şairin oğlu Şəhriyar Yaqublunun AzNews.az-a verdiyi məlumata görə, atasının səhhətində pisləşmə yoxdur:"Zəlimxan Yaqubun səhhətində heç bir problem yoxdur. Yalan söhbətdir.O, Almaniyadan müayinədən təzəcə qayıdıb. Hər şey yaxşıdır. Bir az var ki, evdən çıxıb "Semaşko"ya gedib. O, həftədə 3 dəfə dializə gedir. İndi də dializdədir. İnanmıram ki, Günay xanım belə bir açıqlama versin".

Qeyd edək Publika.az şairin vəziyyəti kəskin pisləşdiyi üçün onu Klinik Tibbi Mərkəzə aparılması barədə xəbər yayıb. Şairin qızı Günay Yaqubova sayta xəbəri təsdiqləyib. O, atasının həkim nəzarəti altında olduğunu deyib.

Bahar Rüstəmli
AzNews.az