16:10
(077) 610-22-33

“Bakinski Raboçi”nin Elnur Aslanov məhəbbəti- Foto

  • >
1 134 3 Aprel 2014 11:33 | Cəmiyyət

Prezidentin sərəncamı ilə vəzifəsindən azad olunan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin nurçuluqda ittiham olunan şöbə müdiri Elnur Aslanovun işdən çıxarılmasının onun kurasiyasına daxil olan media qurumlarında, o cümlədən nurçuların təsirinə keçən rəsmi qəzet və televiziyalarda işıqlandırılmaması həftələrdir mətbuatın əsas müzakirə mövzusudur.

Bu mövzu ilə bağlı müxtəlif versiyalar, ittihamlar səsləndirilir. Həmin şəxslərin hardan və kimdən sifariş aldıqları ilə bağlı tez-tez sual dolu yazılar dərc olunur. Prezidentin məlum sərəncamını qulaqardı edən həmin medialar bu addımı Elnur Aslanovla sadiqlik əlaməti kimi atdıqlarını nümayiş etdiriblər.

Elə bu arada vəzifədə olduğu müddətdə Elnur Aslanovun kurasiyasına daxil olan daha bir mediada maraqlı sadiqlik" faktı üzə çıxıb. Həm "firstnews" saytına , həm də "Bakinski Raboçi" qəzetinə rəhbərlik edən və Elnur Aslanovun əsas kadrlarından sayılan Rəhman Hacıyev bu günə qədər öz patronunu manşetdə saxlayıb. Maraqlıdır ki, "Bakinski Raboçi" qəzetinin saytında martın 6-da, düz bir ay bundan qabaq Elnur Aslanovun manşetdən verilən "Как быть с СБ ООН?" yazısı hələ də saytın ana səhifəsində birinci yerdə saxlanılır. Hər gün yenilənən saytda bir ay bundan qabaq dərc olunmuş yazını manşetdə saxlanılmasının anlamı nə ola bilər? E. Aslanov həmin yazıda hansı vacib məqamları xatırladıb? Heç ölkə başçısının mühüm açıqlama və sərəncamları bir gündən artıq saytlarda qalmır. Belə olan halda buna nə ad vermək olar? Çox izahat vermək istəmirik. (qafqazinfo)

"Bakinski Raboçi" qəzetinin saytında həmin faktı təqdim edirik:


Bağla X