Nazirlər Kabinetindən benzinlə bağlı açıqlama

Nazirlər Kabinetinin idxal olunan, ekoloji norması Avro-5 tələblərinə uyğun, oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri ilə bağlı qərarı açıqlanıb.

AzNews.az - ın Nazirlər Kabinetinin saytına istinadən məlumatına görə, "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nın təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların siyahısında idxal olunan, ekoloji norması Avro-5 tələblərinə uyğun, oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinlərinin daxil olmadığı qeyd edilib.

Bu qərar 2014-cü il martın 27-dən qüvvəyə minib.

Bu gündən Azərbaycanın yanacaqdoldurma məntəqələrində "Premium Euro-95" markalı benzin satışa çıxarılıb.

"Azpetrol" MMC-dən "APA-Economics"ə verilən məlumatda görə, "Premium Euro-95" markalı benzinin qiyməti 93 qəpikdir.

Şirkətdən həmçinin bildirilib ki, benzin keyfiyyətinə görə fərqlənəcək.


AzNews.az