03:30
(077) 610-22-33

Hava şəraiti qeyri-sabit olacaq

  • >
437 29 Avqust 2012 14:06 | Cəmiyyət

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, havanın temperaturu gecə 20-24, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında avqustun 30-da əsasən gecə və axşam dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq. Avqustun 30-31-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir şimal-qərb küləyinin güclənəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

İlkin
AzNews.az
Bağla X