08:13
(077) 610-22-33

QMİ: “Hacı titulundan etalon kimi istifadə edənlər var”

  • >
536 29 Avqust 2012 14:29 | Cəmiyyət

Qafqaz Müsəlmanları İdarəsi bu ilin oktyabrında Həcc ziyarətinə yola düşəcək zəvvarlar üçün təlimlərə başlayıb. Təlimlər Həcc ziyarəti çərçıvəsində həyata keçiriləcək dini ayinlərin icrasına hazırlıq məqsədi daşıyır. Ancaq bəzi zəvvarlar bu təlimlərə ciddi münasibət bəsləmir. QMİ- nin ziyarət şöbəsinin əməkdaşı Hacı Səfər AzNews.az-a bildirib ki, hər bir rəhbər öz qrupuna daxil olan zəvvarlara təlimlər təşkil edir.

Paytaxtla yanaşı bölgə məscidlərində də təşkil olunan təlimlərdə iştirak vəziyyəti isə QMİ-ni qane etmir:"Özünü yüksək təbəqənin nümayəndəsi hesab edənləri bunlar maraqlandırmır. Ancaq sidq-ürəklə Həcc ziyarətinə yola düşənlər orada yerinə yetirməli olduqları dini ayinlərlə bağlı rəhbərlər tərəfindən təşkil olunan təlimlərdə iştirak edirlər".

QMİ əməkdaşı son zamanlar Həcc ziyarətini dəb halına gətirilməsindən də narahatlığını dilə gətirib:"Bəziləri ziyarətə ada görə, şöhrətə görə yollanırlar. Elələri var ki, bir neşə dəfə Həcc gedir, amma yanındakı bir kasıba əl tutmur. Hacı adından etalon kimi istifadə edənlər var".

Elnarə
AzNews.az
Bağla X