Nərimanovun icra başçısı tapşırıq verdi- FOTOLAR

Bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib.

İH-dən AzNews.az-a verilən xəbərə görə, iclasda Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayon rəhbərliyi, rayon ərazisində yerləşən idarə və təşkilatların rəhbərləri iştirak edib. Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev son dövr ərzində bütün ölkədə olduğu kimi Nərimanov rayonunda da aparılan geniş quruculuq və abadlıq işləri, infrastruktur və sosial yönümlü layihələr barədə məlumat verib.

İclasın gündəliyində prezident İlham Əliyevin tapşırığına əsasən ölkə əhalisinin icbari tibbi müayinədən keçirilməsi aksiyası çərçivəsində Nərimanov rayonunda görülən işlər və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində aparılan işlərin səmərəsinin artırılması, məktəblilərin hərbi hazırlığının gücləndirilməsi, çağırışyaşlı gənclərin hərbi xidmətə həvəsləndirilməsi istiqamətində Nərimanov rayonunda həyata keçirilən tədbirlər müzakirə olunub.

İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova bildirib ki, ölkə başçısısının tapşırığına uyğun olaraq ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı rayon İcra Hakimiyyətidə aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılıb. Əhalinin sağlamlığının qorunmasına yönələn bu tədbirin yüksək səviyyədə təşkil edilməsi və operativ həyata keçirilməsi üçün rayon icra hakimiyyətinin diqqət mərkəzindədir və bu tədbirlər iş qrafikinə əsasən davam etirilir.

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov isə qeyd edib ki, 2014-cü ilin ilk 3 ayı ərzində Dövlət Gənclər siyasətinin əsas istiqamətlərindən biri olan gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində bir sıra tədbirlər, o cümlədən anım mərasimləri, konfranslar, toplantılar və s. həyata keçirilib. Yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi hislərinin yüksəldilməsi, Vətənə məhəbbət, azərbaycançılıq ruhunda tərbiyə edilməsi sahəsində müəyyən işlər görülüb. Böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da atırmaq, məktəb şagirdlərinin hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanması məqsədi ilə "Cəsurlar", "Şahin" hərbi-idman oyunları, "Vətənin müdafiəsinə hazıram" devizi altında çoxnövçülük yarışları keçirilib, orta ümumtəhsil məktəblərində vətənpərvərlik tərbiyəsinin və milli mənəvi dəyərlərin yüksəldilməsi məqsədi ilə görüşlər və bir sıra tədbirlər keçirilib.

Yekunda qeyd olunmuş məsələlər ətrafında müzakirələr aparıldıqdan sonra icra başçısı Abdin Fərzəliyev səhiyyənin inkişafı və gənclərin ölkə həyatının bütün sahələrində fəal iştirakı istiqamətində ölkə rəhbərliyinin yürütdüyü uğurlu siyasət nəticəsində bu sahələrin bütün respublika ilə yanaşı, həmçinin Nərimanov rayonunda daha da inkişaf edəcəyinə əminliyini bildirərək mövcud problemlərin həlli və əldə olunan nəticələrin möhkəmlənməsi üçün müvafiq göstəriş və tapşırıqlarını verib.

AzNews.az
image description image description image description