Sabir Rüstəmxanlı əcnəbi dayələrdən danışdı

Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkili Sabir Rüstəmxanlı əcnəbi ölkələrdən Azərbaycana gətirilən dayə məsələsinə toxunub.

"Azərbaycanın zəngin ailələri öz uşaqlarına Filippindən və digər tanınmamış ölkələrdən dayə gətirirlər. Amma Azərbaycanda ingilis dilini bilən və dayəlik edə bilən işsiz qadınlar var. Filippinli qadın Azərbaycan uşağına nə tərbiyə verəcək? O uşaq gələcəkdə filippinli qadını özü üçün mələk biləcək. Halbuki öz ölkəmizdən olan qadınların uşaqlara verdiyi tərbiyə daha yaxşı olar. Başa düşürəm ki, bəzi zəngin insanlar istəmir ki, onların evlərini Azərbaycandan olan insan görsün. Hətta bir dəfə belə bir dayə ilə bağlı cinayət hadisəsi də baş verdi. Bununla bağlı İnsan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazovdan xahiş edirəm ki, bu məsələyə diqqət yetirsinlər".

Vilayət Eyvazov isə öz növbəsində Sabir Rüstəmxanlıya cavab olaraq bildirib ki, bu məsələ Miqrasiya Xidməti ilə birgə araşdırılacaq.

AzNews.az