04:43
(077) 610-22-33

AZAL-ın sabiq şefindən açıqlama: “İmkansız olmuşam“

  • >
1 492 4 Aprel 2014 13:40 | Cəmiyyət

Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sabiq prezidenti Ədalət Əliyev bəzi mətbu orqanlarda onun AZAL-ın baş direktoru Cahangir Əsgərovla münasibətlərində gərginlik olması barədə mətbuatda yazılanlara münasibət bildirib.

Sabiq AZAL şefi Ə.Əliyev publika.az-a açıqlamasında deyib ki, bu barədə yazılanlar həqiqəti əks etdirmir: "Mənim o adamla heç bir problemim olmayıb. İndi də Cahangir Əsgərovla heç bir münasibətim yoxdur. Mən 1996-cı ildən AZAL-dan getmişəm.

Sonra bir müddət Moskvada işlədim, 2002-ci ildə isə Bakıya qayıdıb pedoqoji fəaliyyətlə məşğul oluram. İndi Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoruyam, hazırda da burada çalışıram".

Ə.Əliyev AZAL-ın rəhbəri olduğu vaxtlarda belə şəxsi təyyarəsinin olmadığını söyləyib: "Mənim heç zaman şəxsi biznesim, təyyarəm və sairə olmayıb. Heç mənim adi traktorum da olmayıb. O vaxtları da imkansız adam olmuşam".

AzNews.az
Bağla X