- Köhnə - Cəmiyyət
- 6 Aprel 2014 20:25
- 3 111
Mübahisəli ərazi İrana verildi
"Axar.az"ın məlumatına görə, bu barədə İran mətbuatı xəbər verib. İran Sərhəd Polisinin komandanı Hüseyn Zülfüqari bu ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında İran və Azərbaycan arasında sərhəddə mövcud olan mübahisəli ərazi ilə bağlı məsələyə toxunub (İranda il mart ayının 21-də dəyişir). H.Zülfüqarlı bildirib ki, İran və Azərbaycan arasında Naxçıvan MR-nın Culfa sərhəd keçid məntəqəsində körpünün üzərində mübahisəli ərazi var idi, müzakirələr nəticəsində bu ərazi ilə bağlı məsələ öz həllini tapdı və 44 metr sahə İran ərazisinə birləşdirildi.
AzNews.az