00:46
(077) 610-22-33

“Dəmirbank”ın daha bir fırıldağı

  • >
1 179 7 Aprel 2014 09:49 | Cəmiyyət

Bakıda məşhur bank müştərisini həyəcana salıb.

Əvəz adlı oxucu milli.az-a yazıb ki, bir neçə gün öncə "Dəmirbank"dan lizinqlə aldığı "Volvo" markalı 10 PJ 527 dövlət nömrə nişanlı avtomobilini yol polisi saxlayıb. Polis ona maşının saxlamasını həbsdə olmağı ilə əsaslandırıb.

Deyilib ki, "Azəryolservis" ASC-nin "Dəmirbank"da lizinqdə olan yük maşınları ilə problemi olub. "Azəryolservis" isə bu yük maşınlarına görə yol polisinə müraciət edib. "Dəmirbank"da lizinqdə olan bütün növ avtomobillərə həbs qoyulub.

"Həbsin hansı tərəfin iddiası ilə qoyulması mənə məlum deyil. Əgər problem yük avtomobillərindədirsə, mənim sedan tipli "Volvo S40" markalı avtomobilimin buna nə aidiyyəti var? Bunu mən polisə sübut edə bilmədim. Onlar məni fakt qarşısında qoyaraq, avtomobilimin həbsdə olduğunu bildirdilər. Onu da bilmək istərdim ki, mənim lizinqim başa çatanda, mən öz avtomobilimi öz adıma keçirdəndə bu tipli problem yenə ortaya çıxacaqmı? Xahiş edirəm mənim bu böyük problemimi həll edin", - deyə oxucu yazır.

"Dəmirbank"ın reklam və piar şöbəsindən milli.az-a bildirilib ki, vətəndaşın maşınına həbs qoyulubsa, bunun səbəbini öyrənmək lazımdır. Vətəndaş yol polisinə gedərək bunun səbəbini öyrənməlidir. Səbəbi öyrəndikdən sonra onun ardınca gedib araşdırmaq olar. Kökünə çıxmaq lazımdır ki, həbs hardan qaynaqlanır. Yol polisinin sürücüyə dediyi həbs qərarı rəsmi deyil. Həbsin axırı hara gedib çıxır, bunu araşdırmaq lazımdır.

Bankdan deyildi ki, həbsi məhkəmə qoyur, heç bir qurum özbaşına həbs qoya bilməz:

"Bəlkə sürücü maşınla radara düşüb, ona məktub göndərilib, cavab verməyib və cərimələr toplanıb. Maşın da lizinq olduğuna görə belə qərara gəlib ki, bank qoyub həbsi. Bank rəsmi faktlarla danışa bilər. Rəsmi müraciət yoxdur. Vətəndaş polisdən öyrənsin ki, hansı məhkəmə həbs qoyub. Həbs məktubunu tapsın və araşdırsın. Həbs birdən-birə qoyulmur. Uzun prosesdir. Bizim üçün müştəri ilə anlaşmaq daha rahatdır, nəinki məhkəmə ilə həll etmək. Bəlkə həmin şəxsin hansısa quruma borcu var".

Bankdan məsləhət görüldü ki, bankla bağlı suallar ortaya çıxarsa, vətəndaş problemlər şöbəsinə müraciət etsin və araşdırılsın.

Qeyd edək ki, bankın adı tez-tez qalmaqallarda xatırlanır. Müştərilər isə "Dəmirbank"ın xidmətlərindən şikayətçidirlər.

AzNews.az
Bağla X