“Füzuli 30 illik arvadını atıb, mənlə yaşadı“- Ayandan cavab

Müğənni Ayan Fuzuli Musayevin onunla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

O, "Qafqazinfo"ya açıqlamasında öncə danışmaq istəmədiyini bildirsə də, daha sonra qızının atasının fikirlərinə sərt reaksiya verib:

"Ayan necə səhvdir ki, o, 30 illik arvadını atıb, 7 il mənimlə yaşayıb. Üstəgəl ondan övlad da dünyaya gətirmişəm".

Qeyd edək ki, Füzuli Musayev açıqlamasında Ayanla münasibətini həyatının ən böyük səhvi adlandırıb:

"Bu əhvalat mənim həyatımın ən böyük səhvidir. Bəli. Bu mənim ən böyük səhvimdir. Kimsə məqsədyönlü şəkildə KİV-də bu məsələni dayandırmır. Ancaq mən özüm bu aylar ərzində heç vaxt bu mövzuda danışmamışam və gələcəkdə də danışmaq niyyətim yoxdur. Sizdən də xahiş edirəm ki, bu məsələni çox diqqətdə saxlamayasınız. Hazırda məni narahat edən yeganə məsələ ailəm və uşaqlarımdır. Yenə deyirəm - bu mənim ən böyük səhvimdir".

AzNews.az