01:32
(077) 610-22-33

MTRŞ erotik səhnələri olan seriala nə deyir? - Açıqlama

  • >
2 075 7 Aprel 2014 11:25 | Cəmiyyət

"Belə məsələlər daim nəzarətdə saxlanılır"



"Azərbaycan televiziya kanallarında erotik səhnələri olan serialların yayım vaxtı dəyişdiriləcək".


Bunu AzNews.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. O bildirib ki, Azərbaycanın teleradio kanallarında yayımlanan verilişlərdə milli-mənəvi dəyərlərlə bağlı məsələ, Şura tərəfindən daim nəzarətdə saxlanılır: "Çox təssüf ki, Azərbaycanın televiziya kanallarında gedən bəzi verilişlərdə bu dəyərlərə hörmətsiz yanaşılır. Təbii ki, Azərbaycan televiziyalarında yayımlanan seriallardakı erotik səhnələr tutaq ki, Avropa səhnəsində adi şəkildə qarşılanardısa, ölkəmizdə bu müsbət qəbul edilmir. Televiziya kanalları bu cür məsələləri ciddi nəzərə almalıdırlar".

Adıçəkilən serial haqda danışan N. Məhərrəmli bu seriallda erotik səhnənin fraqment olaraq yayımlandığı haqda məlumatlı olduğunu da söyləyib: "Əlbəttə, istəməzdim ki, seriallarda erotik səhnələr ifrat dərəcəyə çatsın. Ancaq açıq-saçıq səhnələrlə bağlı Şura qaydalar müəyyənləşdirib. Qaydalara əsasən, sujet xətti erotika səhnələr üzərində qurulan filimlər və digər proqramların yayımına saat 23:00-dan sonra icazə veriləcək".

Amid
AzNews.az
Bağla X