17:15
(077) 610-22-33

Kirayə mənzillərin qiyməti artıb

  • >
707 30 Avqust 2012 08:11 | Cəmiyyət

“Adətən yayda kirayə mənzillərin qiyməti nisbətən ucuzlaşır, dərs ili başlayanda isə artır”


Bir neçə gündən sonra Azərbaycanın təhsil müəssisələrində yeni tədris ili başlayacaq. Orta məktəb şagirdlərindən fərqli olaraq, ali məktəblərin tələbələri və onların valideynlərinin təhsil qayğılarına bir də kirayə ev problemi əlavə olunub.

AzNews.az olaraq apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, kirayə mənzillərin qiymətində təxminən 50 manata qədər artım müşahidə olunur. Yay mövsümündə 250 manata verilən mənzillər artıq 300 manatdan aşağı deyil.

Dəllallar bunun səbəbini yeni dərs ilinin başlanması ilə izah edirlər. Uzun illərdi bu işlə məşğul olan Əli Hüseynov AzNews.az- verdiyi açıqlamada bildirib ki, bu proses hər il belə olur: "Adətən yayda kirayə mənzillərin qiyməti nisbətən ucuzlaşır, dərs ili başlayanda isə artır. Amma bu il keçən ilə nisbətən yüksək artım müşahidə olunur bu da tələbin artması ilə əlaqədardır".

Bahadur Eyuboğlu
AzNews.az
Bağla X