- Köhnə - Cəmiyyət
- 8 Aprel 2014 16:30
- 4 522
AzNews.az-dan Mətanətin ittihamlarına CAVAB
Bu sözləri "Qafqazinfo"ya açıqlamasında "Aznews" saytının baş redaktoru Elçin Zahiroğlu deyib.
O, bu gün rəhbərlik etdiyi portalda əməkdar artist Mətanət İsgəndərlinin narkotik aludəçisi olması ilə bağlı yayılan xəbərə sənətçi tərəfindən verilən cavabı şərh edərkən belə deyib.
Baş redaktor eyni zamanda sənətçinin məhkəməyə müraciət etməsinin onun da marağında olduğunu qeyd edib: "Buyursun, məhkəməyə müraciət etsin. Biz də məhkəmədə iştirak edib, Mətanət İsgəndərlinin qanından analiz götürülməsi ilə bağlı vəsatət qaldıracağıq. Ekspertizanın nəticələri açıqlanandan sonra onun narkoman olmadığı məlum olarsa, üzr istəməyə belə hazırıq".
AzNews.az