Ukraynada azərbaycanlı gənclər qəhrəmanın xatirəsini yad ediblər - FOTO

Ukraynanın Poltava vilayətinin Priyatin rayonundakı Viktoriya kəndində sonuncu Sovet İttifaqı Qəhrəmanı Oleq Babakın xatirəsi anılıb.

Oleq Babak 7 aprel 1991-ci il tarixində Qubadlı rayonunun Yuxarı Civikli kənd sakinlərini erməni silahlı dəstələrindən qoruyaraq, qəhrəmancasına şəhid olub. Tədbir iştirakçıları ilk öncə Oleq Babakın ailəsini və məzarını, daha sonra Oleq Babakın adını daşıyan məktəbi ziyarət ediblər.

Tədbirdə Poltava Azərbaycanlıları Birləşmiş Diasporasının Dneprpetrovsk Regional Təşkilatının rəhbəri Sərxoş İsmayılov, Poltava Regional Gənclər Təşkilatının rəhbəri Qazax Nağı, Ukrayna Daxili Qoşunlarının komandanı Vasili Stepanoviç, Bakı Slavyan Universitetinin Poltava İqtisadiyyat və Ticarət Universitetində fəaliyyət göstərən Azərbaycan Tədris Mərkəzinin rəhbəri Yaşar Alxasov, Priyatin Rayon Şurası rəhbərliyi, Oleq Babakın döyüş yoldaşları, komandiri və yerli sakinlər iştirak ediblər.(Musavat.com)
image description image description image description image description image description image description