09:02
(077) 610-22-33

Aran Atabəyliyinə giriş

  • >
2 666 9 Aprel 2014 08:31 | Cəmiyyət

Səlahəddin Əyyubi, Yavuz Səlim və Dəli Pyotur yeni bir düzən axtarışındadır. Onlar tarix müstəvisində bir arada olmaq şansını yalnız indi qazandılar. Əyyubi Qüdsün fatehi oldu.

Yavuz Caldıranının.
Pyotur isə Dərbəndin.
Bərzani, Ərdoğan və Putin.
Əyyubi, Yavuz və Pyotur.

Bərzani kürd xalqının yaddaşında ikinci Əyyubi olaraq qalmaq
Ərdoğan Osmanlını xilas edən ikinci Yavuz kimi tarix yazmaq
Putin Pyoturun bitirə bilmədiyini tamamlamaq arzusundadır.
Bu istəkləri bir arada görmək şansını qazananlar artıq yeni düzəndə söz sahibləridirlər. Kırım Yavuzun dədə mirasıdır. Altun Orda mirasına sahiblənən Rusun da göz bəbəyidir.

Bir başlı qartalı iki başlı qartala çevirən Səlcuq mirasında isə dədə mirası ilə göz bəbəyi bir qorunmalıdır.

...İranı Çin edəcəklər.

Qazaxıstan Türk mirası ilə Çinə qarşı duracaq.
Əyyubi-Yavuz-Pyotur projesində Xəzərlərləşmədən sonra Səlcuqlu, həm də Bizansın müttəfiqi olacaq.

Alp Arslanla Diogen savaşı tam bir təsadüf idi. Alp Bağdada tabe olmayan Misir Fatimilərini məhv etməkdən ötrü yola çıxmışdı. Son əsrlərin səlib savaşları bitmək üzrədir. Səlib savaşlarını başlayanlar dünən də uduzdular, bu gün də.

Dünya yeni düzənə doğru gedir.

Tarix - baş verənləri təkrarlamaqdan ötrü deyil, tarixdən dərs almaqdan ötrü öyrənilər.

Yeni dərs Səlcuqlu zamanı ilə başlayacaq. Bu başlanmada biz kimik?!
Aran Atabəylərini heç tanımadıq ki...

AzNews.az
Bağla X