Nərimanovda pulsuz tibbi müayinə - AKSİYA

Bakı şəhər Dəmiryolu poliklinikasında Nərimanov rayon sakinləri üçün pulsuz tibbi müayinə aksiyası keçirilib.

İH-dən daxil olan xəbədə bildirilir ki, gün ərzində yüzlərlə rayon sakini müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocağına gələrək tibbi müayinədən keçiblər. Müayinədən keçənlər arasında təkrar tibbi müayinədən keçənlər də olub və onlarda əvvəlki müayinə zamanı aşkar olunmuş xəstəliklərinin fəsadlarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb.

1 nömrəli Bakı şəhər Dəmiryolu poliklinikasının baş həkimi Ceyhun Hacıyev poliklinikanın yerləşdiyi ərazi üzrə ümumilikdə 6 min nəfərin tibbi müayinədən keçdiyini, onlardan 571 nəfərə ambulator, 28 nəfərə stasionar müalicə təyin edildiyini bildirib.

Fevralın 17-dən etibarən artıq Nərimanov rayonu üzrə 42 min 161 nəfərin müayinələrdən keçməsi təmin olunub. Onlardan 5 min 456 nəfərə ambulator, 134 nəfərə stasionar müalicə təyin edilib.

AzNews.az