02:10
(077) 610-22-33

Əli Kərimli və İsa Qəmbər İTV-nin efirində- Açıqlama

  • >
1 613 9 Aprel 2014 12:33 | Cəmiyyət

"Yaxın gələcəkdə siz Əli Kərimlini də, İsa Qəmbəri də İTV-nin efirində görə biləcəksiz".


Bu sözləri Aktual.az-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədli müxalifət nümayəndələrinin İTV-nin efirində görünməməsi yönündə səslənən iradlara münasibət bildirərkən deyib.

Cahangir Məmmədli İTV-nin indiki rəhbəri Cəmil Quliyevin fəaliyyətinə də toxunub:

"Bir il ərzində İctimai televiziyaya yeni rəhbərlik gəldi. Bu dəqiqə Azərbaycanın indiki geosiyasi vəziyyətində MDB ölkələrində gedən hadisələrin fonunda bir az televiziya ilə ehtiyatlı olmaq lazımdır. Bu ehtiyatlılıq da bizim kanalda hiss olunur".

C.Məmmədli müxbirimizin Yayım Şurasının illik hesabatı ilə bağlı sualına da aydınlıq gətirib və keçən il ölkə büdcəsindən İTV-yə ayrılan 16 milyon manatın təyinatı üzrə xərclənib-xərclənməməsi məsələsinə də toxunub:

"Mənim hesabatım Novruz bayramına görə ləngidi. Bu həftənin sonuna qədər hesabat müzakirə olunub mətbuata açıqlanacaq. 16 milyon məsələsinə gəldikdə isə, büdcə xərcləri deyilən bir smeta var. İlin əvvəlində yayım şurası onu təsdiq edir. Bu da mühasibat tərəfindən bölünür. Yəni yayım şurası yalnız xərclərin təsnifatını təsdiqləyir".

AzNews.az
Bağla X