09:33
(077) 610-22-33

Meteohəssas insanlara xəbərdarlıq - Diqqətli olun!

  • >
481 30 Avqust 2012 11:22 | Cəmiyyət

Abşeron yarımadasında güclü külək meteohəssas insanlar üçün əlverişsizdir



Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzNew.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23, gündüz 26-30 dərəcə isti olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada müsbət 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcəyə çatacaq.

Azərbaycanın rayonlarında isə hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Gecə 18-23, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti qeydə alınacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 3-dək Abşeron yarımadasında davamlı xəzri küləyinin gətirdiyi sərinlik müsbət amil olsa da, güclü külək meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

İlkin
AzNews.az
Bağla X