İnternat məktəblərinə nəzarət artırılır: videokameralar quraşdırıldı

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən dövlət uşaq müəssisələrində uşaqların saxlanma vəziyyətinə və onlara göstərilən xidmətə nəzarətin səmərəli həyata keçirilməsi məqsədi ilə internat məktəblərində videokameralar quraşdırılıb.

Nazirliyin saytında bildirilir, videokameraların quraşdırılması, həmçinin, uşaqlara verilən qidanın keyfiyyətinə və ərzağın tələb olunan normalara uyğun sərfiyyatına nəzarət mexanizminin təmin edilməsi məqsədlərinə xidmət edir.

AzNews.az