20:57
(077) 610-22-33

Yaqub Mahmudov Sabir Rüstəmxanlıya cavab verdi

  • >
853 10 Aprel 2014 11:11 | Cəmiyyət

Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlının Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunu tənqid etməsinə sözügedən İnstitutun direktoru Yaqub Mahmudovdan cavab gəlib.

Tarixçi AzNews.az-a göndərdiyi cavabda S. Rüstəmxanlıya xitabən bildirib: "Hörmətli Sabir müəllim, AzNews.az saytına 8 aprel 2014-cü il tarixdə verdiyiniz müsahibə Tarix İnstitutunun əməkdaşlarını və şəxsən məni son dərəcə təəccübləndirdi. Sizi narahat edən 7 cildlik "Azərbaycan tarixi" 2003-cü ildə işıq üzü görmüşdür. Sizə yaxşı məlumdur ki, Tarix İnstitutunun yeni rəhbərliyi 2004-cü ildən fəaliyyət göstərir. İnstitutda həyata keçirilən böyük işlər barədə Sizin özünüz də dəfələrlə müsbət fikir söyləmisiniz. 2003-cü ildə nəşr olunmuş 7 cildlik "Azərbaycan tarixi" barədə 2014-cü ildə fikir söyləməyinizi və institutu keçmiş konsepsiyadan "qopa bilməməkdə" suçlamağınızı əsla düzgün addım saymırıq və bu irad ünvanımıza Sizin tərəfinizdən söyləndiyi üçün dərin təəssüf hissi keçiririk".

Y. Mahmudov qeyd edib ki, S. Rüstəmxanlının bu barədə səsləndirdiyi fikirlər institut əməkdaşları arasında ciddi anlaşılmazlığa və narazılığa səbəb olub.

Müraciətin sonunda Y.Mahmudov saytımız barədə fikirlərini də əlavə edib: "AzNews.az saytına arzumuz budur ki, Tarix İnstitutunun uğurlarına da yer ayırsın!".

İntiqam
AzNews.az
Bağla X