16:58
(077) 610-22-33

Prezident general rütbələri və medallar verdi - SİYAHI

  • >
1 417 11 Aprel 2014 16:40 | Cəmiyyət

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

AzNews.az - ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, Feldyeger rabitəsi orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə:

Bağırov Ramiz Sabir oğlu
Hüseynli Fuad Məhəmməd oğlu
Mahmudov Vaqif Yunis oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə:

Hacıyev Lətif Balaşirin oğlu
Nəbiyev Vahid Cavad oğlu
Nəzirov Vaqif Cəlal oğlu
Nuri Ağa-Əli Tofiq oğlu
Quliyev Yaşar Cəmiyyət oğlu
Ramazanov Nurəddin Alov oğlu
Sultanov Samir Həsənağa oğlu
Teymurov Əkrəm Qələmşah oğlu

Dövlət başçısının digər sərəncamları ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin rəisi, feldyeger xidməti general-mayoru Ədalət Məhəmməd oğlu Paşayevə feldyeger xidməti general-leytenantı, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti rəisinin müavini, feldyeger xidməti polkovniki Elmar Qəzənfər oğlu Novruzova isə feldyeger xidməti general-mayoru ali xüsusi rütbələri verilib.


AzNews.az
Bağla X