08:06
(077) 610-22-33

Allahşükür Paşazadə Rusiya səfərindən danışdı

  • >
974 11 Aprel 2014 19:18 | Cəmiyyət

Şimali Qafqazda geniş yayılan radikalizmin qarşısını alamaq üçün təkcə Dağıstanda deyil, İnquşetiya və Çeçenistanda da geniş mübarizə aparılır.

Çeçenistan prezidenti Ramzan Kadırov ANS-ə müsahibəsi zamanı belə bir fikir səsləndirmişdi ki, o sonuncu vəhabini din üçün zərərsizləşdirənədək mübarizə aparacaq. Şimali Qafqazda din adamlarının öldürülməsi bütün din xadimlərini narahat edir. Hətta Türkiyə və Azərbaycanın din alimləri bunun qarşısını almaq üçün təkliflər də irəli sürmüşdülər.

Konfransda çıxış edən Bütün Qafqazın Şeyxi Qafqazda baş verən hadisələrdən danışarkən radikal cərəyanlar mövzusuna da toxundu və radikalizmə qarşı mübarizə aparmaq üçün müftiləri birgə işləməyə çağırdı. Regionda sülh və əmin-amanlığın qorunması üçün onları mötədil islama çağıran Bütün Qafqazın Şeyxi bu yolda bütün səylərini əsirgəməməyin vacib olduğunu vurğuladı.

Sonra Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə 60 yaşı tamam olan İsmayıl Berdiyevə həm prezident İlham Əliyevin hədiyyəsini çatdırdı, həm də öz hədiyyəsini təqdim etdi.

Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyev tədbirdən sonra bütün Qaraçay-Çərkəz Respublikasının rəhbəri Raşid Temrezov Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəni qəbul etdi. Tərəflər belə görüşlərin münasibətlərin daha da möhkəmlənməsində vacib rol oynadığını bildirdilər.

Qaraçay-Çərkəz Respublikasına səfəri başa çatdıqdan sonra Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ANS-ə belə görüşlərin əhəmiyyətindən və gələcəkdə həyata keçiriləcək planlardan danışdı.

Qeyd edək ki, Qaraçay-Çərkəz Respublikasının rəhbərliyi Bütün Qafqazın Şeyxini hazırda tikilməkdə olan məscidin gələcəkdə keçiriləcək açılışına dəvət edib.




AzNews.az
Bağla X