08:05
(077) 610-22-33

Ceyhun Osmanlının orqanlarını bağışlamasında nurçu izi

  • >
1 875 12 Aprel 2014 10:14 | Cəmiyyət

"Bu ənənə nurçular arasında geniş yayılıb"




Dünən millət vəkili, son günlər Azərbaycan mətbuatının gündəmindən düşməyən, nurçuluqda və ABŞ-ın Mərkəzi Kəşfiyyat idarəsi ilə əməkdaşlıqda ittiham olunan Ceyhun Osmanlı haqqında daha bir məlumat dərc etmişdik.

Məlumatda deputatın orqanlarını vəsiyyət etməsi qeyd olunurdu. Bu xəbər saytımızda dərc olunandan sonra geniş müzakirələrə səbəb olub. Onun bu addımına müxtəlif şərhlər verilib.

Yazıda həmçinin qeyd olunurdu ki, bu ənənə nurçular arasında geniş yayılıb, hətta Gülən camaatı üçün orqan transplantasiyası adi hal kimi qəbul olunur. Ancaq nurçuların orqan bağışlamaqla hansı missiyanı həyata keçirdikləri məlum deyil. Elə saytımıza gələn şərhlərdə və sosial şəbəkələrdə aparılan müzakirələrdən görünür ki, onların bu addımı ikrah doğurub. Hətta orqan transplantasiyasının nurçular arasında dəb olduğu deyilir.

Azərbaycanda orqan bağışlanılması yeni hadisə olsa da, Türkiyədə geniş yayılıb. Maraq üçün deyək ki, Türkiyədə xeyli sayda ünlü insan orqanlarını vəsiyyət ediblər. Onların arasında siyasətçi, müğənni, aktyor da var. Məsələn, Bələdiyyə seçkilərində namizədliyini AKP-dən irəli sürmüş Binəli Yıldırım da orqanlarını vəsiyyət edib. Həmçinin məşhur aktyor Kenan İmirzalıoğlu, Zeki Alasya, Tarık Akan, Vahide Gördüm, Beyazit Öztürk də orqanlarını bağışlayan məşhurlar arasındadır.

Qeyd edək ki, Türkiyədə təkcə tanınmışlar deyil, eyni zamanda sadə vətəndaşlar da bu aksiyada fəal iştirak edirlər.(qafqazinfo)

Bağla X