Adil Mirseyid: “Bir ay müalicə kursu almasam ölərəm”

"Mənim kimi insanlara Azərbaycan doğma deyil, ögey ana oldu".

Bunu AzNews.az-a açıqlamasında şair-rəssam Adil Mirseyid deyib.
O bildirib ki, Yazıçılar İttifaqının onunla bağlı aiddiyatı qurumlara göndərdiyi məktubuna hələ cavab verilməyib: "Mən hələ də anlaya bilmirəm ki, tanınmış bir qurum aiddiyatı orqanlara müraciət etsin, amma ona cavab verilməsin. Məmləkətimizin görünən mənzərəsi budur".

A.Mirseyid səhhətindəki vəziyyətlə bağlı da danışıb: "Hazırda səhhətimdəki vəziyyət olduğu kimi qalıb. Əgər bir ay müalicə kursu almasam ölərəm. Hər ay dərmanlar dəyişilir. Çox bahalı dərmanlar yazırlar. Onu da almağa imkan yoxdur. Demək olar ki, evdən bayıra çıxmıram. Ancaq yaxın yerlərə gedirəm, vəssalam".

Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyi 3 ay əvvəl mətbuata verdiyi məlumatda şair Adil Mirseyidin səhhətindəki vəziyyətlə bağlı dövlət qurumlarından birinə məktubla müraciət etdiyi vurğulanıb. A.Mirseyid qaraciyər seriozu xəstəliyindən əziyyət çəkir.

Bahar Rüstəmli
AzNews.az